RU

Bakıda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Xətai rayonunda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. 

Missiya.Az "Report"a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Eyvazova Sevda Nazir qızı yolu keçərkən avtomobil onu vurub.

 Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travmaları diaqnozu qoyulub.

 Faktla bağlı araşdırma aparılır.

Избранный
3
13
missiya.az

10Источники