RU

Vüsalə estetik əməliyyatdan danışdı: "Allaha and olsun ki..."

Aparıcı Vüsalə Əlizadə estetik əməliyyat barədə danışıb. 

Milli.Az xəbər verir ki, belə ki, aparıcının izləyiciləri onun bir sıra plastik əməliyyatlar keçirdiyini iddia edib. Bununla bağlı izləyicilər instaqramda çoxsaylı suallar ünvanlayıblar.

"Burun əməliyyatınızı nə zaman və hansı cərrah edib?" sualına Vüsalə belə cavablandırıb:

"Etməmişəm! Allaha and olsun ki, anamın və atamın istehsalıdır".

Daha sonra Əlizadəyə gözlərində "Blefaroplastika" əməliyyatının etdirməsi ilə bağlı sual ünvanlanıb. 

"Xanım elə rahat və arxayın yazıb ki, elə bil əməliyyata bir yerdə girmişik. Ay xanım mən göz qapağı əməliyyatı etdirməmişəm. Bir gün görüş təşkil edəcəyəm. Hamınız yığılın baxın mənə. Niyə hər şeyi əməliyyata bağlayırsınız. Ehtiyac olsa gələcəkdə edəcəyəm amma hələki şükür ehtiyac yoxdur. Bunun üçün peşəkar həkim - kosmetoloqun məsləhəti ilə düzgün botoks etmək yetərlidir", - deyə V.Əlizadə suala cavabını yazıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
6
1
milli.az

2Источники