Azərbaycanda təşkil edilmiş COP29 tədbiri çərçivəsində bir qrup xarici iştirakçı tərəfindən dinc aksiya keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, onlar əllərində nümayiş etdirdikləri diskleymrlərdə "Qlobal şimal hökumətləri, illik 5 trilyon dollar iqlim maliyyəsi ödəyin!", "Qlobal şimal, bizi müdafiə edin!" kimi fikirlər yazıblar.
Etirazçılar iqlim dəyişikliyinə görə daha çox məsuliyyət daşıyan inkişaf etmiş ölkələrin daha az inkişaf etmiş ölkələrə maliyyə dəstəyi verməsini tələb edirlər.
Onların məqsədi iqlim dəyişikliyinə uyğunlaşmaq və bu dəyişikliklərin yaratdığı problemləri aradan qaldırmaq üçün resursların ədalətli bölüşdürülməsidir.
Qeyd edək ki, bu cür aksiyalar xüsusilə BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransları zamanı keçirilir.
Əli Hüseynov