RU

İrəvanda güllələnən məmur qətl hadisəsi ilə bağlı dindirildi

Ermənistanın Armavir vilayətinin Parakar bölgəsinin Kpakan icmasının rəhbəri Lüdviq Gülnazaryan noyabrın 16-da paytaxtda baş vermiş qətl hadisəsi ilə bağlı dindirilib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Məlumata görə, Kpakan icmasının rəhbəri qətl prosesi çərçivəsində, lakin şahid statusunda dindirilib, həm də zərərçəkmiş kimi tanınıb.

Noyabrın 16-da İrəvanda silahlı insident baş verib. Hadisə zamanı bir neçə gün əvvəl Fransadan qayıdan 42 yaşlı Artur Manukyan öldürülüb. Hadisədə Kpakan icmasının rəhbəri Lüdviq Gülnazaryan da olub. O, ayağından güllə yarası alıb.

Gülnazaryan hələ də müalicə alır. KİV onun mümkün istefası barədə danışsa da, o, hələlik mandatdan imtina ilə bağlı ərizə təqdim etməyib. 

Ağarza Elçinoğlu

Избранный
23
unikal.az

1Источники