RU

Biz mübarizəmizi davam etdirəcəyik - CAN-I-nin rəsmisi

Beynəlxalq İqlim Fəaliyyəti Şəbəkəsi (Climate Action Network International) iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq məqsədilə yaradılmış dünyanın ən böyük koalisiyalarından biridir.

Bu sözləri beynəlxalq təşkilatın rəsmisi Məhəmməd Lamen Saidixan Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, təşkilat dünya üzrə 1300-dən çox qeyri-hökumət təşkilatını, elmi qurumu və vətəndaş cəmiyyəti qruplarını bir araya gətirir. CAN-I-nin əsas məqsədi iqlim dəyişikliyinin təsirlərini azaltmaq, qlobal istiləşməni dayandırmaq və daha davamlı gələcək qurmaq üçün beynəlxalq səviyyədə siyasətlərin formalaşmasına təsir etməkdir.

M.Lamen Saidxan qeyd edib ki, şəbəkə xüsusilə inkişaf etmiş ölkələrin, əsasən “Qlobal Şimal”ın, iqlim böhranında daha çox məsuliyyət daşıdığını vurğulayır və bu ölkələrin “Qlobal Cənub”a daha çox maliyyə dəstəyi göstərməsini tələb edir:

"Təşkilat iqlim ədalətini müdafiə edərək, az inkişaf etmiş ölkələrin iqlim dəyişikliyinə uyğunlaşması və dayanıqlı inkişaf üçün lazımi resurslara malik olması üçün çalışır. Təşkilat hər il BMT-nin İqlim Dəyişikliyi üzrə Konfranslarında (COP) iştirak edir, hökumətləri karbon emissiyalarını azaltmağa, bərpa olunan enerji mənbələrinə keçid etməyə və iqlim ədaləti prinsiplərini həyata keçirməyə çağırır".

Təşkilat rəsmisi bildirib ki, bu qlobal platforma iqlim dəyişikliyi ilə bağlı qlobal həmrəylik yaradır:

"İqlim dəyişikliyi qlobal bir problemdir və onunla mübarizə yalnız əməkdaşlıq və iqlim ədalətinə əsaslanan konkret tədbirlərlə mümkün olacaqdır. Bu məqsədə nail olmaq bizim üçün əhəmiyyətli rol oynayır. Biz mübarizə aparacağıq".

Əli Hüseynov

Избранный
8
bakivaxti.az

1Источники