RU

Bakıda dövlət müəssisəsinin binası hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhərində dövlət müəssisəsinin binasını hərraca çıxaracaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hərrac 7 yanvar 2025-ci il tarixində təşkil olunacaq.

Məlumata görə, hərraca çıxarılacaq obyekt AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin tabeliyindəki "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətinin binasıdır.

Sözügedən əmlakın ümumi ilkin (start) satış qiyməti 6 150 000 manat, 10% behin həcmi isə 615 000 manat müəyyənləşib.

Hərrac Bakı şəhərində müvafiq hərrac komissiyası tərəfindən keçiriləcək.

7 yanvar 2025-ci il tarixdə saat 10:00-da Bakı şəhərində təkrar hərraca çıxarılacaq dövlət müəssisəsi barədə məlumatı təqdim edirik:

"Cebheinfo.az"

Избранный
3
23
cebheinfo.az

10Источники