RU

“Bu qədər mədəniyyətsiz gənc harada və niyə yetişir?”

Aktyor Kamran Ağabalayev açıqlaması ilə gündəmə səs salıb.

OLAY yazır ki, sənətçi sosial şəbəkədə yayılan qeyri etik məzmunlu videolardan söz açıb.

Ağabalayev instaqram səhifəsi vasitəsi ilə Mədəniyyət Nazirliyinə, Gənclər və İdman Nazirliyinə videomüraciət ünvanlayıb:

“İndi sosial şəbəkələrdə paylaşılan və adına veriliş, prank kimi şeylərə görə, 20 il əvvəl həkimlər adama obsessiv-kompulsiv pozuntu diaqnozu qoyurdular. İnsanın tanımadığı adamlara qarşı heç bir mənşəyi olmayan təhqir xarakterli sözlər işlətməyinin başqa adı yoxdur. Bəlkə var, biz bilmirik, amma siz bilərsiniz, hörmətli, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi. Çox maraqlıdır ki, bu qədər mədəniyyətsiz gənc harada və niyə yetişir? Əslində fərqli prizmalardan azərbaycanlıların 3 əsas ideoloji prinsiplərinə yanaşsaq, avropa standartlarına görə, adamı məhkəməyə verərlər. İnanclı adamlar adama deyər ki, Allah sizə ağıl versin. Mentalitetlə yaşayanlar isə fikirləşər ki, bu, yaxşı şeydirsə nə əcəb videolara öz əzizlərini çəkmir? Mən dediyimi dedim, bəs siz nə deyirsiniz? Nə qədər ciddi yanaşacaqlarını görəcəyik, bir az da sizdən, bizdən asılıdır. Müəyyən bu səpkili videolar çəkilsə, paylaşılsa, məncə, ciddi yanaşılar. Sizi də narahat edirsə, mənim evim qıraqdadır, deməyin, çəkin, etiraz bildirin ən azından paylaşın”.

Избранный
9
10
olay.az

10Источники