RU

ABŞ Ukraynanın 4,65 milyard dollarlıq borcunu siləcək - Müharibənin 1002-ci günü

Ukraynada xüsusi hərbi əməliyyatların 1002-ci günü.

Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirilən mətbuat konfransında bildirib ki, ABŞ prezidenti Co Bayden administrasiyası aprel ayında ABŞ Konqresinin qəbul etdiyi maliyyə qanunu çərçivəsində Ukraynanın 4,7 milyard dollarlıq kredit borcunu bağışlamaq üçün addımlar atıb.

Miller addımla bağlı açıqlamasında: "Biz qanunda göstərilən addımı ataraq bu krediti sildik" - dedi. Digər tərəfdən Miller ABŞ Konqresinin Bayden administrasiyasının bu addımını əngəlləyə biləcəyinə diqqət çəkib.

ABŞ Senatının Ukraynaya yardımı tənqid etməsi ilə tanınan respublikaçı senatoru Rand Paulun təqdim etdiyi təklif çərçivəsində Ukraynanın kredit borclarının bağışlanmasını rədd edən təklifin səsverməsi gözlənilir.

Eləcə də ABŞ prezidenti Co Baydenin Vaşinqtondakı rəsmilərini yanvarın 20-də prezident səlahiyyətlərinin Donald Trampa təhvil verilməsindən əvvəl Ukraynaya mümkün qədər çox yardım göstərmək üçün tez hərəkət etməyə çağırıb.

Bayden administrasiyası Trampın Ukraynaya yardımı məhdudlaşdırmasından narahatdır. Bu narahatlığı bölüşən Ukrayna prezidenti Vladimir Zelenski bu gün verdiyi açıqlamada ABŞ-ın yardımı məhdudlaşarsa, Ukraynanın Rusiyaya qarşı müharibəni uduzacağını bildirib. Amerika mətbuatına açıqlama verən Zelenski: “Mübarizə aparırıq, ancaq qalib gəlmək üçün bu kifayət deyil"-deyə bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
14
2
turkustan.az

3Источники