RU

ABŞ Rusiyanın nüvə hücumuna analoji zərbə ilə cavab verəcək

ABŞ Rusiyanın nüvə hücumuna analoji zərbə ilə cavab verəcək.

Bunu ABŞ Müdafiə Nazirliyinin Strateji Komandanlığının (STRATCOM) nümayəndəsi kontr-admiral Tomas Byukenan deyib. Onun sözlərinə görə, ABŞ Rusiyanın nüvə təhdidindən qorxmur və belə bir müharibə Rusiya üçün fəlakət demək olacaq

Byukenan bildirib ki, ölkə potensial düşmənləri məhv etmək üçün hazırdır. Bundan əvvəl o, Vaşinqtonun Moskva və Pekinlə substantiv dialoq aparmalı olduğunu bildirərək, Amerikanın Strateji Caydırıcı Qüvvələrinin döyüş hazırlığında olduğunu qeyd edib.

Noyabrın 19-da Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiq edən fərman imzalayıb. Kreml izah edib ki, Rusiya Ukraynaın ölkənin dərinliklərinə zərbə endirməsinə nüvə silahından istifadə etməklə cavab verə bilər”.

Bu arada ABŞ Ukraynanın Rusiyaya Amerika raketləri ilə hücuma icazə verməsinin ABŞ-ın münaqişədə iştirakına bərabər tutula biləcəyi ilə razılaşmayıb. Pentaqon hesab edir ki, eskalasiya dünya müharibəsinə səbəb olmayacaq.

Oxuməni.az

Избранный
29
50
oxumeni.az

10Источники