General Aydın Qasımovun oğlu yüksək vəzifəyə getdi - FOTO
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub. Manset.az-ın əldə etdiyi məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmətin rəisi general-mayor Mirsaleh Seyidovun müşaviri təyin edilib. Qeyd edək ki, o bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb. Xatırladaq ki, uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışmış Aydın Qasımov Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib.