RU

COP29 Mavi Zonada keçirilən "Qadınlar və Gənclərin Yaşıl Bacarıqlarının Artırılması: “Commonwealth" təcrübəsi əsasında” yan tədbiri uğurla başa çatdı!

Bu il Azərbaycanca baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iqlim dəyişmələrinin həssas qruplar üzərində təsiri, bununla mübarizə yolları və yaşıl bacarıqlar tez-tez müzakirə olunmaqdadır. Bu səbəblə 20 noyabr tarixində COP29 Mavi Zonada iqlim dəyişmələrinin qadınlar və gənclər üzərində təsirləri, bununla mübarizə yolları, yaşıl bacarıqlar və beynəlxalq təcrübələri əhatə edən tədbir icra olunub.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə dəstəyi "COP29-la bağlı beynəlxalq təşəbbüslər" layihəsi çərçivəsində Gender Hub Azerbaijan təşkilatı tərəfindən Millətlər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Qadınlar və Gənclərin Yaşıl Bacarıqlarının Artırılması: "Commonwealth" təcrübəsi əsasında" yan tədbiri 20 noyabr 2024-cü il tarixində, Mavi Zona "Millətlər Birliyi"-nin (The Commonwealth) Pavilionunda baş tutdu. Tədbir həssas qrupların, xüsusi ilə qadınlar və gənclərin iqlim dəyişmələri ilə bağlı qarşılaşdığı çətinlliklər və onların bu çətinliklərlə mübarizədə roluna həsr olunmuşdur.

Tədbirdə yerli və xarici QHT nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, iqlim fəalları və gənc liderlərdən ibarət 12 ölkədən 35 nəfər iştirak etmiş və öz təcrübələrini bölüşərək həm tədbirin interaktivliyinə, həm də qlobal təcrübələrin yerli tətbiqinə töhfə vermişdir.

Tədbir Millətlər Birliyi Katibliyinin Baş Katibi Patrisia Canet Skotland, Azərbaycan Milli Məclisinin VI və VII çağırış deputatı Nigar Arpadarai və Pakistan Milli Məclisinin üzvü Syed Navid Qamar və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin COP29 şöbəsinin rəhbəri Nik Beyker tərəfindən yüksək səviyyəli çıxışlarla başlamışdır. Daha sonra "Gender Hub Azerbaijan" təşkilatının sədri və COP29 Təşkilat Komitəsinin üzvü Məryəm Məcidovanın moderatorluğu, "M&C Consulting" şirkətinin həmtəsisçisi Giovanna Mingarelli, "Ushindi Empowerment Group" həmtəsisçisi Nafula Vafula-Gitonga, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Nümayəndəsi Nasar Hayat və GSİSD, "THE" Society International təşkilatlarının təsisçisi Qaser Navabın iştirakı ilə panel müzakirə baş tutmuşdur. Paneldə iqlim dəyişmələrinin müxtəlif ölkələrdə qadınlar və gənclərə təsiri, bu təsirləri azaltmaq üçün yerli və beynəlxalq strategiyalar müzakirə olunmuşdur. Tədbir iştirakçılarla interaktiv sual-cavab hissəsi ilə yekunlaşmışdır.

Məqaləyə dair fotomateriallar:

Избранный
34
4
milli.az

5Источники