RU

Nazir pensiyası kəsilənlərdən danışdı: Son 5 ildə..

2019-2024-cü illər ərzində fərdi uçotun sağlamlaşdırılması istiqamətində ardıcıl işlər görülüb.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu illər ərzində 830 mindən çox praktik sosial ödəniş təyinatı aparılıb: "Yaşa görə pensiyaların 89% -i praktik olaraq təyin edilib. 2019-2024-cü illər ərzində əsassız pensiya ödənişlərinin dayandırılması və vergi sisteminin tətbiqi ilə 3,1 milyard manat vəsait əldə edilib. Bunun 1,6 milyard manatı dövlət büdcəsinə ödənilib, 1,5 milyard manatı isə investisiyaya yönəldilib".

Milli.Az

Избранный
10
9
milli.az

6Источники