RU

Elxan Abdullayev: “Qələbəyə layiq idik”

“Moldova yığmasına qarşı keçirdiyimiz son oyunda 2:0 hesabı ilə önə çıxsaq da, ikinci hissədə 2 qol buraxdıq və heç-heçə qeydə alındı. Halbuki bu matçda komandamız qələbəyə layiq idi”.

Msport.az xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev deyib.

Təcrübəli mütəxəssis yığmamızın AVRO-2025-in seçmə mərhələsinin Moldova ilə son oyunu barədə fikirlərini AFFA-nın mətbuat xidmətinə açıqlayıb: “Buraxdığımız ikinci qol mənim üçün tamamilə gözlənilməz oldu. Qapıçımız son saniyələrdə kobud səhvə yol verdi və nəticədə qələbəni əldən verdik. Əlbəttə ki, məyus olduq. Ancaq əlimizi yanımıza salmamalı, irəli getmək barədə düşünməliyik. Futbol səhvlərdən ibarətdir, bu səhvləri düzəltməli və bir daha təkrarlamamalıyıq”.

Abdullayev yığmamızın 3 oyunda 1 xal topladığı seçmə mərhələni də dəyərləndirib: “Komandamın turnirdəki ümumi çıxışına gəlincə, göstərilən oyun heç də pis deyildi. Amma nəticələrdən razı qalmaq mümkün deyil. Klublarla birgə futbolçularımızın çatışmayan cəhətləri üzərində daha çox işləsək, gələcəkdə yığmalar üçün yaxşı kadrlar hazırlaya bilərik. Çünki bu oyunlar göstərdi ki, bizdə potensial var. Sadəcə, bunun üzərində düzgün və çox işləmək lazımdır”.

Qeyd edək ki, millimiz Moldova ilə oyunda 2:2 hesablı heç-heçə edib.

Избранный
13
7
msport.az

10Источники