RU

Vətəndaşlar Yeni Azərbaycan Partiyasında təmsil olunmaları ilə qürur duyurlar

32 il əvvəl ictimai-siyasi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. YAP-ın həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb. Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunub. Eyni zamanda, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb.

Yeni Azərbaycan Partiyası mürəkkəb bir dövrdə yaranıb. Həmin dövrdə, XX əsrin 90-cı illərində ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bunun fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi.

Pərvin Kərimzadə qeyd edib ki, yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 32 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edilib.
Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzunun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 740 minə yaxın üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Ölkə Prezidenti, Partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə YAP böyük nailiyyətlərə imza atır. Bir sözlə, Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.
Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP ötən 32 ildə Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək böyük və şərəfli yol keçib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafında, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.

Partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasəti sayəsində vətəndaşların böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliyi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndirildi. Təsadüfi deyil ki, ölkəmizdə sağlam təfəkkürlü, milli-mənəvi dəyərləri mənimsəmiş, Vətəninə, xalqına bağlı, sədaqətli vətəndaşları ümumxalq partiyası olduğunu tarix özü sübuta yetirən Yeni Azərbaycan Partiyasında təmsil olunmaları ilə qürur duyurlar.

Hakim partiya müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürərək dövlət müstəqilliyimizin qorunub, möhkəmləndirilməsində müstəsna rol oynayıb. Danılmaz faktdır ki, bir siyasi təşkilat kimi təşəkkül tapan Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi uğurlar, nailiyyətlər Azərbaycanın dövlətçilik salnaməsidir – deyə, Pərvin Kərimzadə qeyd edib.

Избранный
98
sesqazeti.az

1Источники