"Bir sənət adamı var idi. 15 il efirlərə çıxıb ağzına gələni, biləni-bilməyəni, söyüşə qədər söydü. Ona dillənmədim, Allahın məhkəməsinə buraxdım. Allah da onu çürüdüb öldürdü".
Publika.az olay-a istinadən xəbər verir ki, bunu Mətanət Əsədova "Bir gün" verilişində deyib.
Müğənni ad çəkməsə də, bir zamanlar düşmən olduğu mərhum Əməkdar artist Zöhrə Abdullayeva ilə qalmaqalından danışıb:
"Bir müğənni var idi. Canıma düşmən kəsilmişdi. Onu illərlə dindirmədim. Əməkdar artist Nüşabə Ələsgərli dedi ki, o müğənninin vəziyyəti yaxşı deyil, onu dindir. Xahişinə əməl etdim və dindirdim.
Mən böyük-kiçik yeri bilən insanam. Özüm 98 benzinəm, heç kimdən qorxmuram".