Rusiya ilk dəfə qitələrarası ballistik raketlə Ukraynaya hücum etdib.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Açıqlamada qitələrarası ballistik raketin növü, hücumun hansı bölgəni hədəfə aldığı və ya hər hansı ziyana səbəb olub-olmadığı barədə məlumat verilməyib. Raketin Rusiyanın şərqindəki Həştərxan vilayətindən atıldığı iddia edilib.
Hücum Ukraynanın bu həftə Rusiya daxilindəki hədəfləri vurmaq üçün ABŞ və Britaniya istehsalı olan raketlərdən istifadə etməsindən sonra baş verib.
"AzPolitika.info"