Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) büdcənin azaldılması səbəbindən daha yüzlərlə işçini ixtisar etmək qərarına gəlib.
Reyting.az xəbər verir ki, bu yaxınlarda bir çox əməkdaşını işdən çıxaran NASA Kaliforniyadakı məşhur Jet Propulsion Laboratory (JPL) bölməsində işçi qüvvəsini azaldır.
JPL 325 əməkdaşı ilə yollarını ayıracağını açıqlayıb.
Xatırladaq ki, JPL fevral ayında büdcənin kəsilməsi səbəbindən 530 işçisini işdən çıxarmışdı.
“Mən ümid edirdim ki, bu mesajı yazmalı olmayacam. Azalan büdcələrə və gələcək iş yükü proqnozlarına əsaslanaraq, biz bütün sahələrdə qənaət tətbiq etməli olduq və bunun təsirini ixtisarlarda görəcəksiniz”,- deyə JPL direktoru Laurie Leshin qeyd edib. V. QULİYEV