araz.az-ın elektron poçtuna Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti adından daha bir Müraciət daxil olub. Həmin Müraciəti də, olduğu kimi təqdim edirik. Etirazçılar deyirlər:“Azərbaycan Dövlət Aqrar Universitetinə Zəfər Qurbanovun rektor təyinatından sonra haqsızlıqlar geniş vüsət almışdır. Zəfər Qurbanov öz yarıtmaz fəaliyyəti ilə ADAU-nu artıq çökdürmüşdür. Aqrar təhsil ocağının tarixi inkişafı məhz sabiq rektor İbrahim Cəfərovun dövründə olmuşdur, nəticədə onun rektorluq dönəmində ölkə Prezidenti üç dəfə ADAU-ya rəsmi səfər etmiş, yaranmış şəraitlə yerində tanış olmuş, görülən işlərə böyük qiymət vermişdir.Amma indi universitetdə sanki, həyat dayanıb. Zəfər Qurbanov universiteti Bakıdan və müxtəlif xarici ölkələrdən idarə edir. Həftələrlə universitetdə tapılmır. Hamı ona artıq qiyabiçi rektor deyir. Bakıdan nə vaxt qayıtsa da iclasları çox sevdiyindən, bütün günü orda-burda yalandan mənasız iclas keçirir, saatlarla davam edən iclaslarda yalnız özü danışır, özünü tərifləyir. Dünya Bankının xətti ilə tikilən, praktik və əyani tədris vasitəsi olan fermanı tamamilə ləğv etdi, maşın-traktor parkını dağıtdı, deyir ki, bunları saxlamağa vəsait yoxdur, amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının yetişməsi üçün çox vacibdir.Rektor “Kənd təsərrüfatı texnikası və texniki servis” kafedrasının müəllimi Taleh Vəliyevi gənc və qabilyyətli kadr olmasına baxmayaraq işdən azad etdi. Səbəb onun kafedra müdiri seçkisində Aydın İsayevə səs verməməsi idi. Ona görə də onu şərlədilər, tələbə qızları və bəzi laborant xanımları öyrədərək üzünə durdurdular və əmr verib işdən azad etdilər. Bu o Aydın İsayevdir ki, yarmarkada ayaqqabı satışı ilə məşğuldur. Bu adam kafedra müdiri işləməyinə baxmayaraq elektron resurslardan istifadə etməyi bacarmır, elekton kitabxanaya girə bilmir, adi bir məktubu emaillə göndərə bilmir. Aydın İsayev bunları və tədris etdiyi fənləri bilməsə də rüşvət alıb verməyi yaxşı bilir. Aydın İsayev bu gün 324 saylı otaqda 3-cü kurs tələbələrə aşıq-aşkar kurs işi satmaqla məşğuldur.Tələbə qıza sataşmağına və haqqında kütləvi şikayət olunmasına baxmayaraq Zəfər Qurbanov Aydın İsayevi vəzifədən çıxartmır. Çünki prorektor Əhməd Məlikov, eləcə də fakültənin dekanı Təvəkgül İslamov rüşvət müqabilində Aydın İsayevi himayə edir. Halbuki, Aydın İsayevin tələbə qıza sataşmağını fakültənin dekanı Təvəkgül İslamov, eləcə də prorektor Əhməd Məlikov bilir, hətta qızın, eləcə də kafedra müdiri Aydın İsayevin izahatını alıblar, lakin hər ikisi ondan 5000 manat pul alıb, məsələni ört-basdır edirlər.Bu gün ADAU təhsil sistemində görünməmiş, tamamilə qanunsuz olan daha bir ilkə imza atıb. Qanunvericiliyə görə, buraxılış kurs tələbələri hər bir tələbə üçün əvvəlcədən verilmiş bir-birindən tam fərqli olan müxtəlif mövzuda buraxılış işi yazmalıdır. Zəfər Qurbanov isə beş tələbəyə bir mövzu verir, beşinin də eyni mövzunu yazmasını tələb edir, bu tam plagiatdır, həm də təhsil qanunlarına tamamilə ziddir.Hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyində sivil elmli, tədrisi və elmi bilən qabiliyyətli mütəxəssislər vəzifələrdən kənarlaşdırılır. Burada idarəçilik zorakılıq və müəyyən maraqlar çərçivəsində, üzdə Vətən, arxada şəxsi maraq siyasəti çərçivəsində aparılır.“Baytarlıq təbabəti” fakültəsində isə, biabırçılıqların sonu, ümumiyyətlə, görünmür. Bu fakültədə dekan işləyən Şəlalə Zeynalova artıq müəllimlərlə, valideynlərlə davaya çıxır, onlarla əlbəyaxa olmaqdan belə çəkinmir. Bu xanımın, eləcə də rektor Zəfər Qurbnovun fəaliyyətini axırıncı parlament seçkilərində deputatlığa namizəd olmuş musiqi müəllimi Günay Məmmədova sosial şəbəkələrdə tamamilə ifşa etmişdir. Həmin videolar bütün sosial şəbəkələr üzərindən canlı olaraq yayımlanmışdır.Həmin videoları da, Sizə göndəririk. Bu məsələlərin ictimailəşdirilməsində bizə köməklik etməyinizi Sizdən xahiş edirik!”.Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта