RU

Erməni deputat dilə gəldi: Qarabağ Azərbaycan torpağıdır  

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Artur Ovanyan, Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olduğunu bildirib və erməniləri "gerçək" Ermənistana diqqət yetirməyə çağırıb.

Musavat.com xəbər verir ki, o, son 30 ildə ermənilərin başqa bir ölkənin torpağı olan Qarabağı sevməyə məcbur edildiyini vurğulayıb və "Beynəlxalq səviyyədə tanınan başqa bir ölkənin torpağından nə istəyirsiniz?" sualını verib.

Ovanyan ermənilərin artıq Qarabağı deyil, Ermənistanın özünü inkişaf etdirməyə yönəlmələrini təklif edib.

 

Избранный
14
3
musavat.com

4Источники