RU

Deputat müharibə əlillərinin pensiyasının dayandırılması məsələsinin araşdırılmasını istədi - KOMİTƏ SƏDRİ DAHA SADƏ YOL GÖSTƏRDİ

"Birinci Qarabağ müharibəsi əlillərinin pensiya təminatı ilə bağlı məsələ illərdir davam edir. Son illər bir neçə Birinci Qarabağ müharibəsi əlilinin pensiya təminatı dayandırılıb. Onlar narazılıqlarını bildirirlər".

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında deputat Azər Badamov deyib.

Komitə sədri Musa Quliyev isə qeyd edib ki, şikayət varsa, əyani şəkildə əlilliyin təyinatı üçün görüşlər aparılır: "Bəlkə, seçiciləriniz bunu bilmirlər. Amma bu məlumatı onlar bilməlidirlər".

Избранный
2
6
korrespondent.az

9Источники