RU

Ekoloq: COP9-da suyun istifadə məsələsi çox ciddi müzakirə edilib

COP29 çərçivəsində ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib.
Bəyannaməni COP29 prezidenti Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen imzalayıb.
Qeyd edək ki, “Bakı Su Dialoqu” platforması iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, çirklənmə və səhralaşma ilə mübarizədə qlobal əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Qəbul edilən Su Bəyannaməsi bu istiqamətdə yeni tərəfdaşlıqların qurulmasına və siyasət tədbirlərinin gücləndirilməsinə töhfə verəcək.

Ekoloq Fikrət Cəfərov “Sherg.az”a bildirib ki, Su ilə bağlı hansı öhdəliklərin götürüldüyünü dəqiq demək hələlik mümkün deyil:

“Lakin COP9-da suyun istifadə məsələsi çox ciddi müzakirə edilib. Ciddi müzakirələr nəticəsində isə sözügedən bəyannamə qəbul edildi. Bu sənədin necə işləyəcəyi, hansı uğurları gətirəcəyini demək hələ ki, tezdir. Əsas odur ki, bu problemlə bağlı konkret addımlar atılır. Ola bilsin ki, gələcəkdə su ilə bağlı bəyannamə və əməkdaşlıqlar güclənəcək”.
Избранный
10
sherg.az

1Источники