RU

NASA yenə də yüzlərlə əməkdaşını ixtisar etdi – Nə baş verir?

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) növbəti dəfə kütləvi ixtisarlar edib.

Bu dəfə Kaliforniyadakı məşhur Jet Propulsion Laboratory (JPL) işçi qüvvəsinin azaldılmasından ən çox təsirlənən bölmə olub.

JPL 325 işçisi ilə yollarını ayıracağını açıqlayıb.

Bu rəqəm laboratoriyanın ümumi işçi qüvvəsinin təxminən 5 faizinə uyğundur. Bu il ikinci dəfə belə bir addım atan JPL fevral ayında büdcənin kəsilməsi səbəbindən 530 işçisini işdən çıxarıb.

JPL direktoru Laurie Leshin işçilərə yazdığı məktubda bunları söyləyib: “Ümid edirdim ki, bu mesajı yazmalı olmayacağam. Bununla belə, azaldılmış büdcələrə və qarşıdakı iş yükü proqnozlarına əsaslanaraq, bütün miqyasda qənaət tətbiq etməli olduq”.

Избранный
13
2
moderator.az

6Источники