RU

BANM-də 18 ölkədən 60-a yaxın əcnəbi tələbə təhsil alır

SOCAR-ın Bakı Ali Neft Məktəbinə (BANM) 2024/2025-ci tədris ilində 35 əcnəbi tələbə qəbul olunub.

“İki sahil” xəbər verir ki,  BANM-dən bildirilib ki, bu tələbələr Konqo Respublikası, Səudiyyə Ərəbistanı, Banqladeş, Sudan, Somali, Türkiyə, Qazaxıstan, Hindistan, Gürcüstan, Rusiya, Türkmənistan, İraq və Yəməndən ölkəmizə təhsil almaq, yeni təcrübələr qazanmaq və beynəlxalq əməkdaşlıq əlaqələrini gücləndirmək məqsədilə gəliblər.

Onlardan 31-i bakalavriat və 4-ü isə magistratura səviyyələrində təhsil alacaq. Tələbələrdən 9-u “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı, 8-i “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında anlaşma memorandumu”, 6-sı mübadilə proqramı çərçivəsində, 12 tələbə isə öz hesabına oxuyacaq.

Bununla yanaşı, BANM və Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutu və Buxara Mühəndislik-Texnoloji İnstitutu arasında imzalanmış ikili diplom proqramları çərçivəsində daha 20 tələbənin cari ildə tədrisə cəlb olunması gözlənilir.

Hazırda ali məktəbdə 18 ölkədən əcnəbi tələbə təhsil alır. Əcnəbilər BANM-də təhsil alan tələbələrin 3.5 faizi təşkil edir.

BANM-də əcnəbi tələbələr üçün xüsusi mentor dəstəyi də formalaşdırılıb. Bu fəaliyyət çərçivəsində mentorlar akademik məsələlərdə və tələbələrin sosial mühitə inteqrasiya prosesində dəstək olacaq.

Избранный
23
1
ikisahil.az

2Источники