RU

Ukrayna Sevastopolu "Neptun" raketi ilə vurdu

Ukrayna Silahlı Qüvvələri Sevastopola "Neptun" raketi ilə hücum edib.

Turkustan.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri "Neptun" gəmi əleyhinə raketi ilə Sevastopola hücum edib. Bu barədə şəhər qubernatoru Mixail Razvojayev Telegram kanalında məlumat verib .

“Sevastopolda hərbçilər Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf edir, hava hücumundan müdafiə sistemi işləyir. İlkin məlumata görə, bir "Neptun" gəmi əleyhinə raketi artıq sahildən xeyli aralıda akvatoriya üzərində vurulub”, - deyə rəsmi məlumat verilib.

O, bütün lazımı xidmətlərin hazır vəziyyətə gətirildiyini izah edib, həmçinin vətəndaşları sakit olmağa, təhlükəsizlik tədbirlərinə riayət etməyə və sığınacaqlarda qalmağa çağırıb.

Moskva vaxtı ilə saat 16:14-də Sevastopolda hava hücumu xəbərdarlığı elan edilib. 17 dəqiqə davam etdi. Tələfat və dağıntılar barədə hazırda məlumat yoxdur.

Aytən Yaşar/ Turkustan.az

Избранный
12
turkustan.az

1Источники