Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, bu problem bir neçə ildir gündəmdədir:
“Ucqar kəndlərdə şagird sayının azlığı, gənclərin paytaxta üz tutması səbəbilə məktəblər boşalıb. Bir şagirdi olan məktəblər var. Belə olduğu təqdirdə kompeks birləşməyə getmək lazımdır. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış yerləri salınarkən bu məsələ diqqətə alınıb. Bir neçə yaşayış mərkəzini birləşdirən rayon mərkəzində bir məktəb tikilir. Mövcud məktəblərdə isə bu problem daşıma ilə həll oluna bilər. Türkiyədə bu problemin həlli üçün başqa həll yolu tətbiq olunurdu. İnternat tipli məktəblər var idi. Uzaqda yaşayan şagirdlər yataqxanası olan məktəblərdə təhsil alırdılar. Təmayüllü məktəblərdə bu metod mövcuddur, onların yataqxanaları var. Az sayda şagirdi olan məktəblər üçün də bu metod tətbiq oluna bilər. Bununla şagirdlərin gedib-gəlməyə, yola sərf etdikləri vaxt aradan qalxmış olar. Düzdür, burada şagirdin yataqxana xərcləri, qalmaq, yemək xərcləri ortaya çıxır. Sovet dövründə Azərbaycanın bir çox rayonlarında sadəcə orta təhsil var idi, yuxarı siniflərdə təhsil almaq istəyən uşaqlar qonşu kəndlərdəki məktəblərə gedirdilər. Bir məktəbdə bir şagirdin, bir neçə müəllimin olması düzgün deyil. Müəllim təyinatında bir problem yoxdur, burada əsas problem şagird sayındadır. Yeni məktəblər tikmək əvəzinə sökülüb yenidən qurula bilən məktəblər salına bilər. Regionlarda məşğulluq problemlərinin həll edilməsi, yeni iş yerlərinin açılması regionların cəlbediciliyini qaytara bilər”.
Törə Zeynallı
Demokrat.az
5Источники
-
gundem.azŞagird sayı az olan məktəblərlə bağlı təklif ( 13265209)
-
manset.azŞagird sayı az olan məktəblərlə bağlı təklif ( 13258216)
-
konkret.azŞagird sayı az olan məktəblərlə bağlı təklif ( 13257790)
-
milli.azŞagird sayı az olan məktəblərlə bağlı təklif ( 13257007)
-
demokrat.azŞagird sayı az olan məktəblərlə bağlıTƏKLİF ( 13253776)