RU

Deputat qəbul keçirdi

Noyabrın 21-də vətəndaşların növbəti qəbulunu keçirdik. Qəbulda Şabran rayonu Çölquşçu kənd inzibati ərazi dairəsi nümayəndəliyinə daxil olan Hacıqaraqaşlı, Çayqaraqaşlı, Çölquşçu, Xəlilli və Sarvan kənd sakinlərinin problemlərini dinlədik. Vətəndaşlar əsasən su və qaz, eləcə də məşğulluq və işsizlik məsələləri ilə bağlı problemləri səsləndirdilər. Bəzi məsələləri yerindəcə həll etdik, digərləri ilə bağlı özümüzdə qeydlər apararaq səlahiyyətlər çərçivəsində onların həllinə çalışacağımızı bildirdik.

Mahir Süleymanlı

Milli Məclisin dəputatı

Избранный
23
sabahinfo.az

1Источники