RU

Nazim Eynallı: “Yeni Azərbaycan Partiyası qələbələr, uğurlar partiyasıdır” » AzadMedia.az


Eynallı Nazim Hüseyin oğlu,
AAYDA 19 N-li Xüsusi Təyinatlı Yol İstismar MMC-nin Direktoru


Bu gün, Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından artıq 32 il ötür.

Yeni Azərbaycan Partiyasının yaranması o dönəmdə tarixi zərurət, həmçinin cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi göstəricisi idi.

Əlbətdə, o dövrdə müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, eyni zamanda, öz fəaliyyətində Azərbaycan xalqının mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Ulu Öndər Heydər Əliyevə idi.
Bəli, Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəldi. Həmin illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhranlı durum yaranmışdı. Artıq cəmiyyət, ümumxalq inamına malik olan və xüsusilə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni bir siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət göndərdilər. YAP-ın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və beləliklə, Heydər Əliyev YAP-ın sədri seçildi.
Nəhayət, Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü şəkildə dəyişən partiya meydana çıxdı - Yeni Azərbaycan Partiyası.
Konfransda Respublikanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nəfər nümayəndə iştirak edirdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.
Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı. Bəli, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi. Heç şübhəsiz, siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsi kimi YAP
Ümummilli Lider Heydər Əliyev rəhbərlik etdiyi qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Beləcə, Ulu Öndər Heydər Əliyev, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Onu da qeyd edim ki, YAP üzvlərini səciyyələndirən əsas göstəricilər məhz, vətənə sadiqlik və ümummilli maraqlara sədaqətdir.
Bu gün də, YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, mənşəyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən uğurlu siyasi partiyadır.
YAP ölkəmizin dünya birliyində öz layiqli yerini tutmasına səbəb oldu. Hazırda Azərbaycan, bir sıra nüfuzlu regional və beynəlxalq təşkilatların üzvüdür. Həmçinin xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verən dövlətimizin beynəlxalq təşkilatlarla münasibəti də yüksək səviyyədədir. Təbii ki, bütün bu nailiyyətlərin əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür. Qeyd edim ki, YAP uğurlar, zəfərlər partiyasıdır. Bu gün YAP keçdiyi tarixi yol nəticəsində güclü siyasi təşkilata çevrilib. Eyni zamanda, Ümummilli Liderin ideyalarını böyük uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib. Bəli, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısıdır. Prezident İlham Əliyevin öndərliyində YAP yeni zirvələrə doğru inamla addımlayır. Hazırda partiyanın 800 minə yaxın üzvü var. Əlbətdə ki, bu üzvlərin böyük əksəriyyəti gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Bəli, o gənclər Ali Baş Komandanın rəhbərliyində 2020-ci il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa etdi, torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına son qoydu. Eyni zamanda, xalqımızın adını tarixə “qalib xalq” kimi yazdırdı.
   
Hesab edirəm ki, bu gün yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Həmçinin YAP Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir.
Избранный
6
1
azadmedia.az

2Источники