Rusiya Prezidenti Vladimir Putin Ukraynanın müdafiə sənayesi obyektinə qeyri-nüvə ballistik raketi “Oreşnik”lə zərbə endirildiyini təsdiqləyib.
Bizim.Media xəbır verir ki, Rusiya lideri bu barədə xalqa müraciətində məlumat verib.
Putin ölkə ərazisinə ATACAMS və ”Storm Shadow” raketlərinin hücumlarına cavab olaraq bu addımın atıldığını bildirib.
O, həmçinin bəyan edib ki, Moskva özünü silahları Rusiya ərazisinə vuran ölkələrin hədəflərinə zərbə endirmək hüququna malik hesab edir.
"Rusiya dinc vasitələrə üstünlük verir, eyni zamanda hadisələrin istənilən inkişafına hazırdır, Cavab tədbirləri hər zaman olacaq”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта