Bakı. Trend:
İsrailin Livanın şərqində, Baalbek şəhəri yaxınlığındakı birneçə yaşayış məntəqəsinə endirdiyi hava zərbələri nəticəsində azı47 nəfər həlak olub.
Trend-inməlumatına görə, bu barədə Livanın Baalbek-Hermel əyalətininqubernatoru Bəşir Xodr açıqlama verib.
"Ölənlərin sayı hazırda 47-yə çatıb, 22 nəfər yaralanıb.Dağıntıların təmizlənməsi işləri və itkin düşənlərin axtarışı davamedir," - deyə Xodr sosial şəbəkədəki paylaşımında qeyd edib.
Bundan əvvəl Livanın Səhiyyə Nazirliyi 22 nəfərin öldüyünüaçıqlamışdı.