“Minimum pensiya məbləği artdıqca, əmək pensiyası almaq üçün kapital tələbi də, təbii ki, artır. Hazırda pensiya kapitalı tələbi 40 min 320 manatdır. Yəni, vətəndaş yaşa görə əmək pensiyası almaq üçün ya bu məbləğdə kapitala, ya da 25 illik staja malik olmaldır”.
“Minimum pensiya məbləğinin artması müsbət haldır və Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindədir. Bu baxımdan, minimum pensiya məbləği ilə pensiya kapitalı arasında yalnız kəmiyyət deyil, həmçinin keyfiyyət əlaqəsinin də yaradılmasına ehtiyac var.
Məsələn, tək analar, ailədə uşaqların sayı və digər faktorlar nəzərə alınaraq, kapital tələbi azaldıla bilər. Bu daha çox yaşa görə müavinət alan bəzi vətəndaşımızın əmək pensiyası almasına imkan yaradar. Daha çox vətəndaşlarımız yaşa görə əmək pensiyası ala bilərlər”, - deyə deputat bildirib.
***
V.Bayramov, həmçinin İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsini təklif edib.
“Növbəti il İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 76%-i özəl sektorun payına düşəcək. Amma Fondun xərclərinə diqqət yetirsək, bütövlükdə işsizlikdən sığortaya görə ödənilən vəsaitlərin həcmi 17 milyon manat proqnozlaşdırılıb. Bu, Fondun xərclərinin 6.5%-i deməkdir. Qalan 93.5% digər istiqamətlərə yönəldiləcək. Yəni bu o deməkdir ki, Fondun adında “işsizlikdən sığorta” sözü olsa belə, xərclərdə işsizlikdən sığortaya ayrılan vəsait ümumi xərclərin cəmi 6.5%-dir.
Təklif edirəm ki, Fondun adı dəyişdirilsin. Nazir Sahil Babayev də qeyd etdi ki, növbəti il 77 milyon manat özünüməşğulluq proqramına yönəldiləcək. Əgər İşsizlikdən Sığrota Fondunun vəsaitlərindən özünüməşğulluğa yönəldilirsə, ya Fondun adına yenidən baxılmalıdır, ya da bütövlükdə meyarlar dəyişdirilməlidir”,- parlamentari bildirib.