Həkim Yeni il üçün süni kürü almağı məsləhət gördü
“Süni kürü ucuz və faydalı bir məhsuldur”. Yeniavaz.com xəbər verir ki, bunu “Moskva danışır” radiostansiyasında həkim-diyetoloq Nuriya Dianova deyib. Dianova Yeni il üçün salat və qəlyanaltı bəzəmək üçün süni kürü almağı məsləhət görüb: “Bu məhsul qəhvəyi yosunlardan hazırlanıb ki, bu da onu sağlam və aşağı kalorili edir: 100 qram süni kürüdə cəmi 50 kilokalori var”.