RU

Peskov ELAN ETDİ: "30 dəqiqə əvvəl ABŞ-ı xəbərdar etdik"

"Kreml Nüvə Təhlükəsinin Azaldılması üzrə Rusiya Nüvə Riskinin Azaldılması üzrə Milli Mərkəzi (NTCUN) vasitəsilə "Oreşnik" raketinin buraxılması barədə ABŞ-ı 30 dəqiqə əvvəl avtomatik olaraq xəbərdar edib".

Publika.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya tərəfi amerikalılara “Oreşnik”in buraxılması ilə bağlı avtomatik olaraq işləyən və Amerika Birləşmiş Ştatlarında oxşar sistemlə daimi əlaqə saxlayan Rusiya Nüvə Riskinin Azaldılması üzrə Milli Mərkəzi vasitəsilə xəbərdarlıq edib”, – Peskov vurğulayıb.

Xatırladaq ki, noyabrın 21-i günortadan sonra Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətindəki hərbi zavoda eksperimental "RS-26" qitələrarası ballistik raketi ilə hücum edib. Sonra Rusiya Silahlı Qüvvələrinin eksperimental raketinin "Yujmaş" zavoduna hücumu ilə bağlı video ortaya çıxıb.

Daha sonra Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin nüvəsiz hipersəs ballistik raketlə "Yujmaş"a hücum etdiyini bildirib .

Избранный
11
1
publika.az

8Источники