RU

COP29 və Rio-Trio Təşəbbüsü əməkdaşlıq edəcək

COP29 Sədrliyi və Rio Konvensiyaları (UNFCCC, CBD, UNCCD) ilə əməkdaşlıq çərçivəsində Rio-Trio Təşəbbüsünə həsr olunmuş görüş keçirilib.

Toplantıda ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək bildirib ki, Azərbaycan, Kolumbiya və Səudiyyə Ərəbistanı Krallığı hökumətlərinin yeni tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Rio Üçlüyü” təşəbbüsü çərçivəsində gələcək əməkdaşlıq davam etdiriləcək.

Əməkdaşlığın əsas məqsədi Azərbaycandan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kolumbiyadan BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası və Səudiyyə Ərəbistanı Krallığından BMT-nin Səhralaşma ilə mübarizə haqqında Konvensiyasını təmsil edən üç yeni COP Sədrliyinin səylərini koordinasiya etməklə, qlobal dayanıqlılıq təşəbbüslərini gücləndirməkdir.

Nazir müavini qeyd edib ki, məqsəd hər üç Rio Konvensiyası üzrə əməkdaşlığı gücləndirməklə sinerji yaratmaq, səmərəliliyi artırmaq, həm insanlara, həm də planetə fayda verəcək konkret nəticələri təmin etməkdir.

Sonra Səudiyyə Ərəbistanının, Kolumbiyanın, Hondurasın, Seneqalın, Birləşmiş Ərəb Əmirliklərinin, Barbadosun, Dominikan Respublikasının nümayəndələri çıxış edərək Rio-Trio təşəbbüslərinə qoşulmaq niyyətlərini ifadə ediblər.

XQ

Избранный
21
3
xalqqazeti.az

4Источники