RU

Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər

Fransa prokurorluğu qəzanı törədən aktyor Palmada üçün 5 il həbs istəyib.

Fransanın Melun şəhərinin prokurorluğu narkotikin təsiri altında qəza törədən aktyor Pyer Palmadanın 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, narkotikin təsiri altında olan aktyor ötən ilin fevralında Sena və Marna departamentində qəza törədib, nəticədə 3 nəfər ağır yaralanıb. Zərərçəkənlərdən biri hamilə olduğu üçün uşağını itirib.

Dövlət ittihamçıları Palmadanın iki il müddətinə şərti azadlığa buraxılmamaq şərti ilə beş il həbs cəzası almasını, ardınca isə üç il sınaq müddəti tələb edib. Aktyor məhkəmə iclasından əvvəl zərərçəkmişlərdən əfv istəyib. O, artıq spirtli içki və narkotik qəbul etmədiyini bildirib.
 

Избранный
3
2
olke.az

3Источники