RU

Zelenskidən Putinə CAVAB

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin Ukrayna ərazisinə orta mənzilli “Oreşnik” raketinin atıldığı barədə açıqlamalarına münasibət bildirib.

Bakıvaxtı.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Zelenski Rusiyanın əslində uzaqmənzilli raket atdığını bildirib:

“Putin etiraf etdi ki, o, artıq bu il eskalasiyaya, müharibənin genişlənməsinə doğru ikinci addım atıb. Yeni ballistik raketdən istifadə edilib. Putin bizim Dnepr şəhərini vurdu - Ukraynanın ən böyük şəhərlərindən birini. Bu, müharibənin miqyasının və qəddarlığının açıq-aşkar və ciddi artması, Rusiya tərəfindən BMT Nizamnaməsinin rüsvayçı şəkildə pozulmasıdır. Və vurğulayacağam: bu, Rusiyanın 2024-cü il ərzində eskalasiyaya doğru ikinci addımıdır. İlk belə addım Şimali Koreyanın ən azı 11 min əsgərdən ibarət kontingenti Ukraynaya qarşı müharibəyə cəlb etmək idi”, - o qeyd edib.

Zelenskinin sözlərinə görə, Putin dünyada müharibəni genişləndirməməyə çağıran hər kəsə məhəl qoymadı:

"O, Çinin, Braziliyanın, Avropa ölkələrinin, Amerikanın və dünyanın bütün digər ölkələrinin nəyə çağırdığına əhəmiyyət vermir".

Qərb mətbuatının məlumatına görə, Rusiya dünən ilk dəfə olaraq Ukraynaya qitələrarası ballistik raketlə zərbə endirib.

Nüvə başlığı daşımaq üçün nəzərdə tutulan bu tip raketi konvensional başlıqla tətbiq etməklə Putin nüvə zərbəsi endirə biləcəyi barədə Qərbə xəbərdarlıq siqnalı göndərib.

Bir gün əvvəl isə Ukrayna Rusiya ordusunun Kursk vilayətindəki komanda məntəqəsini "Storm Shadow" uzaqmənzilli raketləri ilə vurmuşdu.

Избранный
6
50
bakivaxti.az

10Источники