RU

Zelenski Putinin müraciətinə belə cavab verdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Ukrayna ərazisində orta mənzilli “Oreşnik” raketinin istifadəsi ilə bağlı açıqlamalarına münasibət bildirib.

Adalet.az xəbər verir ki, Ukrayna liderinin açıqlaması barədə xarici KİV yazıb. 

"Putin etiraf etdi ki, bu il artıq eskalasiyaya, bu müharibənin genişləndirilməsinə doğru ikinci addım atıb. Yeni ballistik raketdən istifadə edilib. Putin bizim şəhərimizi, Ukraynanın ən böyük şəhərlərindən biri olan Dnepri vurdu. Bu, müharibənin miqyasının və vəhşiliyinin aşkar və ciddi artması, Rusiya tərəfindən BMT Nizamnaməsinin kinli şəkildə pozulmasıdır. Və vurğulayacağam ki, bu, Rusiyanın bir il ərzində eskalasiyaya doğru atdığı ikinci addımdır. İlk belə addım Şimali Koreyanın ən azı 11 min hərbi kontingentini Ukraynaya qarşı müharibəyə cəlb etmək olub", - o qeyd edib.

Prezidentin sözlərinə görə, Ukraynanın uzaqmənzilli silahlardan istifadə etməsi ilk dəfə deyil: "Beynəlxalq hüquq çərçivəsində bunu etməyə tam haqqımız var. Bizim özünümüdafiə hüququmuz hər bir dövlətin hüququ kimidir. Rusiya raketləri şəhərlərimizi vuranda, Ukrayna hər gecə İran sui-qəsdçilərinin hücumuna məruz qalanda, Şimali Koreyadan olan hərbçi bizim sərhədimizdə yerləşdiriləndə, biz də özümüzü müdafiə etməliyik". 

Избранный
18
7
adalet.az

8Источники