RU

“Lion”un ulduzu “Qarabağ”ı ciddiyə almadı: “B izim mövqeyimiz yaxşıdır”

"Lion"un (Fransa) ulduzu Nemanya Matiç hesab edir ki, onun komandası dünyada ən çox qol imkanı yaradan komandadır.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı serbiyalı mwdafiəçi klubun saytında yayımlanan açıqlamasında hücumda təsirləri gücləndirməli olduqlarını bildirib.

Matiçin sözlərinə görə, Liqa-1-də "Lion"un hazırkı mövqeyi (5-ci yer) onu qane etmir.

"Olimpik Lion" Çempionlar Liqasında oynamalıdır" deyə təcrübəli yarımmüdafiəçi yarışdıqları Avropa Liqası hədəfləri barədə də danışıb və iddialı fikir səsləndirib:

"Avropa Liqasında bizim mövqeyimiz yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, bu turnirin qalibi olaq".

"Lion" "Qarabağ"ın Avroliqadakı rəqibidir. Fransa təmsilçisi bu yarışda növbəti matçını gələn həftə Bakıda məhz Ağdam təmsilçisinə qarşı keçirəcək.

Oyun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.

Избранный
15
2
sportinfo.az

3Источники