RU

Azərbaycanlı hərbçinin nəşi 2 ay sonra tapıldı – FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

KONKRET.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-na-Amure şəhərində dəfn edilib.

Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb.

Hərbçinin nəşi 2 ay sonra ailəsinə təhvil verilib.

Избранный
3
23
konkret.az

10Источники