RU

“Trampın prezidentliyi teleşou olaraq” – Buşun müşaviri

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın rəhbərliyi altında ABŞ administrasiyası "möhtəşəm televiziya şousu yaradacaq".

Musavat.com “The Wall Street Journal”qəzetinə istinadla xəbər verir ki, bu fikri eks-prezident Corc Buşun (kiçik) keçmiş baş siyasi müşaviri Karl Rov deyib.

“Tramp gələcək kabinetinin tərkibini seçərkən fəlakətli dərəcədə pis qərar verdi. Bütün bunlara görə Amerikanın yeni prezidentə dəstəyini gücləndirmək imkanları qaçırılacaq. Amma ən azı bu, əla televiziya şousu olacaq”, - o qeyd ediv.

Rova görə, qeyri-kafi yoxlama, tələskənlik və qisas yanğısı Ağ Evin gələcək rəhbəri üçün hətta rəsmi olaraq vəzifəyə başlamazdan əvvəl "xaos və mübahisə” yaradıb.

Noyabrın 14-də məlum olub ki, ABŞ Ədliyyə Departamentinin əməkdaşları Trampın ABŞ Nümayəndələr Palatasının üzvü Mett Getzi departamentin yeni rəhbəri təyin etmək fikrinə etiraz ediblər.

Noyabrın 21-də Getz vəzifəsindən istefa vermək qərarını açıqlayıb.

Musavat.com

Избранный
29
50
musavat.com

10Источники