Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. 1news.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş, Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-Amur şəhərində dəfn edilib. Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb. Hərbçinin nəşi 2 ay sonra tapılaraq ailəsinə təhvil verilib.