RU

"Əsl müharibə istəyirdiniz, indi baxın və TİTRƏYİN!" - Onlara elə güclü zərbə vuracağıq ki…  / VİDEO

“Oreşnik”dən istifadə Qərbi danışıqlara məcbur edə bilər.


Referans.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında yazıb.


“Mən də cəbhə xəttindəki onminlərlə əsgər kimi Ali Baş Komandanın belə bir bəyanatını çoxdan gözləyirdim. Qərbdə onlar isti və kifayət qədər sakit yerdə oturublar. Odur ki, əsl müharibənin nə olduğunu öz dərilərində hiss etsinlər. Müharibədə iştirakını açıq etiraf etməkdən qorxan dövlətlərin hədəflərinə də güclü zərbə vurmağın vaxtı çatıb”, – R.Kadırov vurğulayıb.


Çeçenistan rəhbəri onu da əlavə edib ki, istehsalçı ölkələrin iştirakı olmadan orta və yaxınmənzilli raketlərdən istifadə etmək mümkün deyil:


“Əminəm ki, belə bir cavabdan sonra dərhal danışıqlara işarə etməyə başlayacaqlar. Ancaq bu masa arxasında yalnız bir tələblə oturmalı olacaqsınız – Rusiyanın bütün şərtlərini müzakirəsiz və ya güzəşt istəkləri olmadan yerinə yetirmək. Rusiyanın uzaqmənzilli silahlarının tam öldürücü gücünü nümayiş etdirmək lazımdır ki, tək Ukrayna “nasist”ləri deyil, bütün Qərb bizim qabaqcıl hərbi inkişafımız qarşısında qorxu və ümidsizlikdən titrəsin. Onlar Rusiya ilə əsl müharibə istəyirdilər? Odur ki, qoy, bu müharibədən doysunlar”.


Qeyd edək ki, ötən gün Rusiya “Oreşnik” ballistik raketləri ilə Ukraynaya zərbə endirib.


Daha ətraflı videoda:



Избранный
41
23
referans.az

10Источники