RU

Azərbaycan və Almaniya XİN rəhbərləri sülh prosesində mövcud problemləri müzakirə ediblər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüb.

Olaylar xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli gündəliyi, həmçinin COP29 çərçivəsində davam edən danışıqları müzakirə ediblər.

"Nazirlər həmçinin regionda münaqişədən sonrakı vəziyyəti, Azərbaycan-Ermənistan normallaşması prosesinin hazırkı vəziyyətini, eləcə də sülh prosesində mövcud problemləri müzakirə ediblər. Nazir Ceyhun Bayramov Azərbaycana qarşı koordinasiya edilmiş qərəzli və əsassız qarayaxma kampaniyasından narahatlığını bir daha vurğulayaraq, Azərbaycanın mövqeyini diqqətə çatdırıb", - XİN-dən bildirilib.

Azərbaycan

Azərbaycan

Azərbaycan

Azərbaycan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
13
olaylar.az

10Источники