RU

“Kimdən uşaq dünyaya gətirirlər özləri bilərlər” - VİDEO 

“Ən bərbad məsələ bilirsiniz nədir? Kişi aparıcıların efirdə qadın müğənnidən “Sənin sevgilin var?” sualını soruşmalarıdır. Mən buna baxıb utanıram. Suala bax... Birinin də ixtiyarı yoxdur durub desin ki, “Sənə nə?””


Bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu RTV-də yayımlanan jurnalist Türkan Məmmədlinin aparıcısı olduğu  “Çərçivədən kənar” verilişində deyib.


Sənətçi bir sıra həmkarlarının efirə kəbin kağızı ilə çıxmalarını sərt şəkildə qınayıb:


“Özləri bilər kimdən dünyaya uşaq gətirirlər, nə cür gətirirlər. Allahın verdiyi paydır. Amma bunları efirdə çıxıb danışmaqlarının əleyhinəyəm. Niyə axı bu səviyyəyə gətirib çıxarırsınız? Sonrada sosial şəbəkədə video paylaşıb deyirlər ki, mən şəxsi həyatımla bağlı artıq danışmaq istəmirəm. Baxıb, deyirəm ki, deyəsən ağlı başına gəlib. Gördü ki, artıq bunun ailə - məişət məsələləri, uşaqları, problemləri, kimdən uşaq gətirib, qanuni və ya qeyri – qanuni dilləri düşdü ona görə geri çəkildi. Yenə deyirəm həddimə deyil ki, kiminsə şəxsi həyatına qarışım. Onların ən böyük səhvi şəxsi həyatları ilə bağlı kimlərəsə hesabat vermələridir. Axı sən niyə bunu edirsən? Və ya kəbin kağızlarını çıxarırlar efirə və deyirlər ki, mən halal yolla övladımı dünyaya gətirmişəm. Sən heç kimə şəxsi həyatınla bağlı hesabat verməyə məcbur deyilsən. Gətirmisən dünyaya uşağı çox gözəl. Allah verdiyi paydır. Başını aşağa sal və övladını böyüt. Amma sən bu kəbin kağınızı ortalığa çıxaranda düşünmürsən ki, bu islam ölkəsi deyil, bizim konsitusiyamızın qanunları var. Yenə də deyirəm öz şəxsi seçimləridir. İstərsən girərsən nikaha, istərsən getmərsən. Amma sənin bu əlindəki kağızın heç bir hüquqi əhəmiyyəti yoxdur. O kağız heç yerdə keçmir. Bunlara baxırıq sonrada görürük ki, heç oxuduqları da bir şey deyil. Sənətinizə yatırım edin. Bədən düzəltməklə, saç və makiyaj etməklə olmur”.  (olay)


Избранный
17
2
referans.az

3Источники