RU

YAP Sədrinin müavini ICAPP-ın 12-ci Baş Assambleyasında iştirak edib (FOTO)

Bakı. Trend:

Noyabrın 22-də Kamboca Xalq Partiyasının (KXP) ev sahibliyi iləbu ölkənin Pnompen şəhərində Asiya Siyasi Partiyaları BeynəlxalqKonfransının (ICAPP) 12-ci Baş Assambleyasının açılış mərasimiolub.

Trendxəbər verir ki, “Sülh və barışıq axtarışı” mövzusunda keçirilən və28 ölkədən 49 siyasi partiyanın qatıldığı 12-ci Baş AssambleyadaYeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatınrəhbəri Tahir Budaqov da iştirak edib.

Əvvəlcə Kamboca Xalq Partiyasının Prezidenti, ICAPP-ın 12-ci BaşAssambleyasının fəxri prezidenti Hun Sen ilə nəzakət görüşükeçirilib.

ICAPP Daimi Komitəsi sədrinin müavini, KXP Xarici əlaqələrkomissiyası sədrinin birinci müavini və Kamboca Krallığı MilliAssambleyasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və informasiyakomitəsinin sədri Suos Yara, ICAPP Daimi Komitəsinin sədri, KoreyaRespublikasının keçmiş xarici işlər naziri Çunq Eu-yonq, ICAPP-ınbaş katibi Kvon He-seoq, ICAPP Daimi Komitəsinin həmsədri MüşahidHüseyn Səid, Kamboca Krallığının baş naziri, Kamboca XalqPartiyasının vitse-prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasınınprezidenti Hun Manet açılış nitqləri ilə çıxış ediblər. Çıxışlardadünyada artan münaqişələrə, iqlim dəyişikliklərinə, sosial-iqtisadiədalətsizliklərə və geosiyasi təhdidlərə qarşı mübarizədə siyasipartiyaların rolu və əməkdaşlığının əhəmiyyətindən bəhs olunub.

Ev sahibinin xüsusi qonaqlarının təbrik çıxışlarından öncə YAPSədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir BudaqovAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbiriştirakçılarına ünvanladığı müraciəti oxuyub.

Bundan sonra xüsusi qonaqlar qismində Laos Xalq DemokratikRespublikasının vitse-prezidenti xanım Pani Yatotou, VyetnamSosialist Respublikasının Milli Assambleyasının Prezidenti cənabTran Tan Man, Mərkəzçi Demokratlar İnternasionalı (CDI) Prezidenti,Kolumbiyanın sabiq prezidenti cənab Andres Pastrana Aranqo, TürkiyəRespublikasının Ədalət və İnkişaf Partiyası Sədrinin müavini cənabZəfər Sırakaya çıxış ediblər.

Açılış mərasimi Kamboca Xalq Partiyasının sədri, BaşAssambleyanın fəxri prezidenti cənab Hun Senin xüsusi müraciəti iləyekunlaşıb.

Daha sonra birinci plenar sessiyada çıxış edən Tahir BudaqovYeni Azərbaycan Partiyası adından tədbir iştirakçılarınısalamlayıb, Kamboca Xalq Partiyasının ev sahibliyi ilə keçirilənAsiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 12-ci BaşAssambleyasının işinə uğurlar arzulayıb.

YAP Sədrinin müavini qeyd edib ki, “Sülh və barışıq axtarışı”mövzusunda təşkil olunan plenar sessiya nəinki burada təmsil olunanüzv ölkələr, eləcə də bəşəriyyət üçün olduqca aktual və taleyüklübir məsələyə həsr olunmuşdur: “Müasir dövrdə dünyada olduqcamürəkkəb proseslər və sürətli dəyişikliklər baş verir. Böhran vəqarşıdurmalarla müşayiət olunan siyasi kataklizmlər bir çoxölkələri əhatə etməkdədir. Yeni çağırışlarla qarşı-qarşıyaolduğumuz belə bir mürəkkəb şəraitdə sülh və barışıq axtarışımütləq zərurətə çevrilmişdir. Daim sülh, sabitlik və qarşılıqlıanlaşma tərəfdarı olan, ölkələrin milli maraqlarına hörmətləyanaşmaq prinsipini dəstəkləyən Azərbaycan öz daxili və xaricisiyasətində bu dəyərlərə sadiqliyini nümayiş etdirir”.

Tahir Budaqov vurğulayıb ki, bu gün Azərbaycanda müxtəlifxalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıqşəraitində yaşayırlar. Onun sözlərinə görə, tolerantlıq ənənəsinivə multikultural dəyərləri qoruyub yaşadan Azərbaycan zəngin tarixiirsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviqedir: “Azərbaycan Avrasiyanın mühüm geostrateji bölgəsindən olanCənubi Qafqazın lider ölkəsi kimi regional sabitlik və əməkdaşlığada olduqca mühüm töhfələr verir. 2020-ci ildə İkinci Qarabağmüharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatınəticəsində işğal faktına son qoyaraq öz ərazi bütövlüyü vəsuverenliyini təmin edən Azərbaycan bölgədə sülh və etimadquruculuğunu daim diqqət mərkəzində saxlayaraq yeni işbirliyiplatforması və etibarlı təhlükəsizlik mühitinin təşəkkülü üçünönəmli təşəbbüslərlə çıxış edir”.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Azərbaycanın yaratdığıreallıqlar əsasında Cənubi Qafqazda sülh gündəliyi müəyyənləşib:“Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması,o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası,kommunikasiyaların bərpası bu gündəliyin mühüm tərkib hissəsi kimibeynəlxalq ictimaiyyətin diqqətindədir. Azərbaycan sülhyaratmaprosesi çərçivəsində siyasi iradə nümayiş etdirərək hüquqnormalarına əsaslanan beş baza prinsipi əsasında müvafiqtəkliflərini verib və Ermənistandan da eyni konstruktiv yanaşmanıgözləyir”.

Sülh və barışığın Avropa ilə Asiyanın qovşağında – CənubiQafqazda yeni nizam və geosiyasi konfiqurasiyanın formalaşmasıbaxımından olduqca əhəmiyyətli olduğunu bildirən Tahir Budaqovbunun həm bölgə xalqları və dövlətləri, həm də yeni reallıqlarfonunda tərəfdaşlıqda maraqlı olan ölkələr üçün tarixi şans vəstrateji fürsət olmaqla bərabər, rifah, inkişaf və parlaqperspektivlər vəd etdiyini diqqətə çatdırıb. YAP Sədrinin müaviniqeyd edib ki, sülh və barışıq üçün birgə müzakirələrə və dialoqaehtiyac duyulduğu indiki şəraitdə siyasi partiyaların da üzərinəböyük məsuliyyət və önəmli vəzifələr düşür.

“Asiyanın 350-dən artıq siyasi partiyasını öz sıralarındabirləşdirən ICAPP bu kontekstdə faydalı fikir və təcrübə mübadiləsiüçün olduqca əhəmiyyətli platformadır. Nəzərə çatdırmaq istəyirəmki, hazırda 700 mindən artıq üzvü olan hakim Yeni AzərbaycanPartiyası partiyalararası əlaqələrin inkişafını daim diqqətmərkəzində saxlamaqla dost ölkələrin siyasi partiyaları iləişbirliyinin genişləndirilməsi, o cümlədən sülh və barışığa xidmətedən ideyaların təşviqi üçün məqsədyönlü fəaliyyət göstərir.Ümidvaram ki, bu mötəbər tədbir çərçivəsində aparılan müzakirələr,səsləndirilən ideyalar bəşəri əhəmiyyətli, qlobal xarakterli ortaqhədəflərin gerçəkləşdirilməsi baxımından səmərəli olacaq vəbütövlükdə 12-ci Baş Assambleya məhsuldar nəticələrlə yaddaqalacaqdır”, - deyə Tahir Budaqov əlavə edib.

Sonra ICAPP-ın 12-ci Baş Assambleyası işini ikinci və üçüncüplenar sessiyalarla davam etdirib.

Həmin gün Asiya, Afrika, Latın Amerikası və Karib dənizi,həmçinin Avropa siyasi partiyaları arasında “Siyasi partiyalarınsülh və barışıq qurulmasında rolu” mövzusunda dəyirmi masa dakeçirilib. Dəyirmi masada irqçilik, ksenofobiya, dini və mədənidözümsüzlüyün rədd edilməsi və mədəniyyətlərarası dialoqun təşviqiməsələləri müzakirə olunub.

12-ci Baş Assambleya çərçivəsində ICAPP ilə Tolerantlıq və Sülhnaminə Beynəlxalq Parlament və ASEAN Parlamentlərarası Assambleyasıarasında anlaşma memorandumları imzalanıb.

Günün sonunda iştirakçılar Kamboca Xalq Partiyasının Prezidentivə ICAPP-ın 12-ci Baş Assambleyasının fəxri prezidenti Hun Senadından verilən rəsmi ziyafətə qatılıblar.

YAP
YAP
YAP
YAP
YAP
YAP
YAP
YAP
Избранный
41
50
az.trend.az

10Источники