RU

Alimlər, tarixdə məlum olan ən qədim əlifbanı kəşfETDİLƏR

Suriyanın Umm-el Marra şəhərindəki qədim məzarlarda aparılan arxeoloji qazıntılar zamanı üzərində yazılar olan 4 gil silindiri tapılıb.

Redaktor.az xəbər verir ki, Johns Hopkins Universitetinin arxeologiya professoru Glenn Schwartz və komandası, bu yazıların eramızdan əvvəl 2400-cü illərə aid olduğunu müəyyən ediblər.

Kəşf, məlum olan digər əlifba sistemlərindən təxminən 500 il əvvələ aiddir və bu, əlifbanın Misirdə və ya onun ətrafında eramızdan əvvəl 1900-cü ildən sonra icad olunduğu barədəki inamları dəyişdirəcək.

Tapılan yazının tərcüməsi üçün hələ heç bir vasitə olmadığından yalnız spekulyasiyalar irəli sürülür.

Seymur BƏNNAYEV

Избранный
28
redaktor.az

1Источники