RU

"Şimali Koreya əsgərləri artıq Xarkov vilayətində döyüşür" - USQ

"Şimali Koreya əsgərləri artıq Xarkov vilayətində döyüşür" - USQ
 
"KXDR hərbi qulluqçuları yüngül piyada silahları ilə silahlanıb və bölmələrə bölünərək ön cəbhədə mövqeləri möhkəmləndirir..."
 
Şimali Koreya lideri Kim Çen In tərəfindən Rusiyaya göndərilən əsgərlər artıq Xarkov istiqamətində görünüb. Bundan öncə onların Ukraynaya qarşı Rusiyanın Kursk vilayətində döyüş əməliyyatlarında iştirak etdiyi bəllidir.
 
Moderator.az xəbər verir ki, bu barədə USQ-nin 153-cü əlahiddə mexanikləşdirilmiş briqadasının toplu bölməsinin komandiri Nazari Kişak məlumat verib. Məlumatı "ukr.net" nəşri yayıb.
 
"Biz KXDR əsgərlərinin bizim sahəmizdə olduğunu görürük", - Kişak bəyan edib və dəqiqləşdirib ki, söhbət Xarkov istiqamətindən gedir.
 
Aparıcının Şimali Koreya hərbi qulluqçularının sayı haqqında sualına cavabında komandir qeyd edib ki, bu məlumatı açıqlaya bilməz və əlavə edib ki, onlar bölmələrə bölünərək ön cəbhədə mövqeləri möhkəmləndirir.
 
Kişakın sözlərinə görə, düşmən yeni hücuma başlamaq üçün hava şəraitinin pisləşməsini gözləyir. O, həmçinin deyib ki, düşmən bir neçə nasaz tanklar və motobloklar daxil olmaqla minimal texnika ilə güclü həmlələr taktikasından istifadə etməkdə davam edir. 
 
Onun sözlərinə görə, hər gün Xarkov istiqamətində döyüş maşınları məhv edilir. Lakin Kupyansk və ya Toretsk istiqamətlərində olduğu kimi texnikanın o qədər də çox toplanması müşahidə edilmir.
 
Şimali Koreya qoşunlarının Rusiyada olması barədə məlumatlar hələ oktyabr ayında üzə çıxıb. O zaman Ukrayna Müdafiə Nazirliyi məlumat verib ki, KXDR-in 11 min əsgəri Rusiyanın şərqində Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün hazırlıq keçir.
 
Cənubi Koreya həmçinin məlumat verib ki, Rusiya Şimali Koreyanın xüsusi təyinatlılarını Ukraynada döyüş əməliyyatlarının aparılması üçün hazırlayır.
 
Oktyabrın 28-də NATO baş katibi Mark Rütte KXDR-in münaqişəyə cəlb olunmasını və onların Rusiyada yerləşdirilməsini təsdiq edib.
 
Ukrayna kəşfiyyatı bəyan edib ki, Rusiya Şimali Koreya hərbçilərini minaatan, avtomat və pulemyotlar kimi yüngül piyada silahları ilə silahlandırıb.
 
Buna cavab olaraq Kim Çen In Putindən pul, hərbi texnologiya və beynəlxalq diqqət əldə edəcək, bu barədə "The Washington Post" nəşri məlumat verib.
 
Sonradan Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, Kursk vilayətində Şimali Koreyanın 11 min əsgəri var.
 
Noyabrın 5-də isə müdafiə naziri Rüstəm Ömərov Kursk istiqamətində Şimali Koreya qoşunları ilə ilk toqquşma barədə məlumat verib. Cənubi Koreya Müdafiə Nazirliyi Rusiyanın KXDR-ə bunun əvəzinə zenit raketləri verdiyini təsdiq edib.
Избранный
53
13
moderator.az

10Источники