RU

Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaq üçün zəmin yaradır



"Ermənistan İkinci Qarabağ Müharibəsindən sonra sürətli silahlanma tendensiyası həyata keçirir. Məlum proses xüsusilə Rusiya-Ukrayna münaqişəsindən sonra geniş vüsət alıb. Niyə məhz Rusiya-Ukrayna müharibəsi? Çünki ortada qeyri-təbii iqtisadi situasiya formalaşıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi, AVP funksioneri Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Ermənistan Qərblə yaxınlıq etməklə yanaşı Rusiyaya Qərbin sanksiyalarından yayınmaq üçün zəmin yaradır:

"Məlum ölkə üzərindən qurulan paravan şirkətlər Rusiyanın Qərbin sanksiya tətbiq etdiyi kritik texnologiyaları əldə etməsində aparıcı rol oynayır.
Həmin komponentlər hesabına Rusiya müdafiə sənayesi zəruri olan silah sistemlərinin istehsalında hər hansı bir axsama yaşamır.

Nəticədə, Moskva Ukrayna işğalını davam etdirir, Ermənistan isə milyardlarla dollar vəsait qazanır. İrəvan rəhbərliyi həmin maliyyəni silahlanmaya sərf etməklə regionda qüvvələr balansını lehinə dəyişdirmək istəyir".

Pərviz Mirizadə qeyd edib ki, Ukraynada işğalla mübarizə aparan Qərb, nədənsə Ermənistanın dırnaq arası qəhrəmanlığını görmək istəmir:

"Təbii ki, məsələnin məntiqində Azərbaycana qarşı üstünlük qurmaq iddiaları yer alırsa Qərbin korlaşaraq reallıqları görməzdən gəlməsi bildiyimiz bir haldır.

Lakin, Ermənistanın sürətli silahlanma meylləri gələcəkdə ölkənin özü üçün ciddi iqtisadi problemlər yaradacaq. Çünki Ukrayna müharibəsi əbədi deyil və bir gün mütləq başa çatacaq. Ondan sonra isə Ermənistanın süni iqtisadi artımı real vəziyyətinə geri dönəcək. Belə olduğu təqdirdə alınan silahların yüksək baxım nəaliyyətləri ölkə iqtisadiyyatında qaldırılması çətin bir yükə çevriləcək. Yəni, dayanıqlı iqtisadi inkişaf olmadıqdan sonra sürətli hərbiləşmə özlüyündə böyük bir problem mənbəyidir.

Ancaq militarist düşüncələrlə hərəkət edən Nikol Paşinyan və komandası reallıqların kölgəsində ambisiyalarını həyata keçirməyə çalışırlar. Bunlar Cənubi Qafqazda istiqrarlı inkişafa əngəl meyllərdir".

Süleyman
Избранный
28
newscenter.az

1Источники