RU

Türkiyədə qarşıdırma: nələr baş verir? - Video

Türkiyədə vəzifələrindən uzaqlaşdırılan bələdiyyə sədrlərinin vəzifələrinin icraçısı müəyyənləşib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, Tunceli şəhər bələdiyyəsinin sədri, DEM üzvü Cövdət Konakın vəzifəsinin icrası Tunceli valisi Bülənt Təkbıyıkoğluya, eyni şəhərin Ovacık rayon bələdiyyəsinin sədri, CHP üzvü Mustafa Sarıgülün vəzifəsinin icrası Ovacık ilçəsinin kaymakamı Hüseyn Şamil Sözənə həvalə edilib.

DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) tərəfdarları isə küçələrə axışaraq, təyinatlara etirazlarını bildiriblər. Etirazlar zamanı polislə qarşıdurma yaşanıb.

Qeyd edək ki, Konak və Sarıgülə “terror təşkilatına üzv olmaq” ittihamı elan edilib və onlar həbs olunublar.

Избранный
8
17
axar.az

10Источники