RU

Həyatın yaşıl qalması üçün su!

COP29 çərçivəsində “İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” tədbirinin yüksəksəviyyəli açılış mərasimi keçirilib. Toplantıda qlobal iqlim fəaliyyəti çərçivəsində daha güclü su ölçüsü yaratmaqla İqlim fəaliyyəti naminə su üzrə Bakı Dialoquna rəsmi start verilib.

Açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev susuzluq probleminin Bakı iqlim konfransının müzakirələrində prioritet məsələlərdən biri olduğuna diqqət çəkib. Suyun iqlim problemlərinin aradan qaldırılmasında həlledici rol oynadığını vurğulayan nazir buna rəğmən məsələnin uzun illər qlobal iqlim müzakirələrindən kənarda qaldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllində susuzluq probleminə bütün aspektlərdən nəzər yetirilməlidir: “Su həyatdır. Məhz bu səbəbdən COP29 Sədrliyi su məsələsini prioritetə çevirib. Dialoqları sürətləndirmək tərəfdaşlığın artırılmasına təkan verəcək. Biz iqlim fəaliyyəti çərçivəsində su tərəfdaşları tapmalıyıq. Fəaliyyətlərə təkan üçün Bakı Dialoqu mühümdür”.

BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen bildirib ki, dünyada 3 milyarda yaxın insan su qıtlığından əziyyət çəkir. O deyib: “Bir çox problem su çatışmazlığından yaranır. 2023-cü ildən bəri emissiyalar 1,3 faiz artıb. Qlobal istilik artımı həddinin 1,5 dərəcə səviyyəsində qalmasını təmin etmək üçün hələlik götürdüyümüz öhdəlikdən uzağıq, həmçinin istixana qazlarının emissiyasında artım qeydə alınır”.

Emissiyaların azaldılmasına diqqət çəkən İnger Andersen deyib ki, əgər emissiyalar azaldılmasa, 1,5 dərəcə hədəfinə nail olunmayacaq. O, su probleminin həlli üçün tədbir görülməsinin vacibliyini vurğulayaraq bildirib ki, uzunmüddətli dayanıqlığı, su resurslarının dözümlülüyünü təmin etmək üçün su resurslarının keyfiyyətinin idarə edilməsi həyata keçirilməlidir, həmçinin ətraf mühit və iqlim məsələlərinin toqquşduğu məqamlar nəzərə alınmalıdır.

Daha sonra BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen və ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev iqlim fəaliyyəti üçün su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolunu imzalayıblar. Qeyd edilib ki, niyyət protokolu təşəbbüsün gələcək fəaliyyətlərinin icrasına dəstəyi nəzərdə tutub.

Избранный
10
2
xalqqazeti.az

3Источники