Böyük Britaniya Rəqabət və Bazarlar Təşkilatı (CMA) ABŞ-ın "Apple Inc" və "Google" şirkətləri ilə bağlı yeni araşdırmaya başlaya bilər.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
Məlumata görə, CMA müəyyən edib ki, "Apple"ın siyasəti "iPhone" üçün üçüncü tərəf brauzerlərdə yeni funksiyaların tətbiqini çətinləşdirir və standart brauzerin sürəti və imkanları proqram tərtibatçılarına uyğun gəlmir. Həmçinin "Google" və "Apple" arasında gəlir bölgüsü sazişi iOS mobil brauzer bazarında rəqabət aparmaq üçün onların maliyyə həvəslərini əhəmiyyətli dərəcədə azaldır.